“Ermənistan 30 il müddətində Azərbaycana qarşı təkcə ərazi təcavüzü siyasətini deyil, həmçinin terror və onun xüsusi növü olan ekoloji terroru həyata keçirib. Azərbaycanın meşə ərazisinin yandırılması, taxıl zəmilərinin məhvi, o cümlədən Metsamor Atom Elektrik Stansiyasının tullantılarının bizim ərazilərdə basdırılması və nəhayət, mənbəyi Ermənistanda olub Azərbaycan ərazisindən axan çayların çirkləndirilməsi Ermənistanın Azərbaycana qarşı ekoloji terror törətdiyini sübut edir. Oxçuçay da bu məsələdə istisna deyil”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O, Zəngilan ərazisindən keçən Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinin ekoloji terror olduğunu qeyd edib:
“Bildiyimiz kimi, tərkibi çox ağır metallarla çirkləndirilən bu Oxçuçay Araz çayı ilə qovuşur və deməli, Oxçuçay vasitəsilə ermənilər Araz çayının da ekoloji mühitini korlayırlar. Oxçuçaya mədən-emal sənayesi tullantıları da axıdılır. Araz çayının suyundan həm təsərrüfat, həm də məişətdə istifadə olunduğu nəzərə alsaq, məsələnin nə qədər ciddi olduğunu anlayarıq. Bu, bir daha sübut edir ki, Ermənistan hələ də ölkəmizə qarşı ekoloji terroru davam etdirir”.
Deputat ermənilərin törətdiyi ekoloji terrorda alman şirkətinin yaxından iştirak etməsinə də toxunub:

“Burada diqqətdən yayınmayan məsələlərdən biri də, Almaniya şirkətlərinin həmin mədən emal sənayesinin səhmdarlarından olmasıdır. Yəni, sənayenin tullantılarının Oxçuçaya axıdılması Almaniya şirkətinin gözünün önündə baş verib. Lakin buna baxmayaraq, ekoloji çirklənmənin qarşısının alınması üçün heç bir əməli addım atılmayıb. Almaniya Azərbaycana qarşı törədilən ekoloji terrorda işğalçı ilə tərəfdaş olub. Çünki sənaye tullantılarının Oxçuçaya axıldılmasından Almaniya şirkətinin xəbəri olsa da, ekoloji çirklənmənin qarşısını almaq üçün heç bir əməli addım atmayıb”.
Məsələ ilə bağlı Almaniya səfirliyinin münasibətinə toxunan deputat alman şirkətinin hadisə ilə bağlı üzr istəməli olduğunu deyib:
“Səfirliyin məlumatı da müəmmalı olub. Onlar qeyd ediblər ki, Almaniya bu prosesin iştirakçısı olsa da, şirkətin səhmləri 2019-cu ildə ermənilərə təhvil verilib. Belə çıxır ki, Almaniya ölkəmizin ekoloji mühitinin çirkləndirilməsi posesində 2019-cu ilə qədər iştirak etdiyini etiraf edib. Son 2 ildə iştirak etməmək onları məsuliyyətdən yayındırmır. Bu, müasir beynəlxalq norma və prinsiplərə ziddir və beynəlxalq konvensiyaların pozulması deməkdir. Həmçinin hüquqi məsuliyyət yaradır. Almaniya tərəfi yaxşı bilir ki, anoloji vəziyyətlər yarandığı halda, beynəlxalq məhkəmələrdə ciddi çəkişmələrlə üz-üzə qala bilər. Burada həmçinin təzminat məsələsi də gündəmə gətirilməsi mümkündür. Fikrimcə, Almaniya şirkəti vəziyyəti düzgün şərh edərək üzr istəməli və hüquqi müstəvidə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu, Azərbaycana qarşı törədilən ekoloji terrorda işğalçı ilə tərəfdaş olmaqdır".
Aygül Qarayeva
Demokrat.az