Nazir: “Gənc kadrların peşələrinə olan məsuliyyətini və sevgisini yüksək qiymətləndirirəm”

GÜNDƏM 06 iyl 2021, 16:05
Bu gün aldığınız təhsil gələcəkdə sizə səhiyyə sahəsində böyük uğurlar qazanmağınıza təkan verəcək. 

Bu sözləri Təhdil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu zalda əyləşən tələbələr İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ilk məzunlarıdır:

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə, vitse-prezident Mehriban xanım Əliyrvanın dəstəyi ilə 6 il əvvəl açılan bu universitet sizin həyatınızda unudulmaz olacaq. Siz bu 6 ildə birlikdə təhsil aldınız və bir-birinizə dəstək oldunuz. 

2020-ci il pandemiya dövrünə təsadüf etdi ki, siz bu çətin zamanlardan da keçdiniz. Eyni zamanda Vətən müharibəsi də eyni ilə təsadüf etdi. Bir çox universitetlərin tələbələri könüllü olaraq xəstəxanalarda tibb işçilərinə, eləcə də pasiyentlərə xidmət göstərmək üçün müraciət etmişdilər. Bu həm pandemiya ilə mübarizəyə ayrılan koronavirus xəstəxanalarında, həm də Vətən müharibəsində yaralanan qazilərimizin müalicə aldığı tibb müəssisələrində müşahidə edilib. Bu çox sevindirici haldır. Gənc kadrların peşələrinə olan məsuliyyətini və sevgisini yüksək qiymətləndirirəm”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top