SOCAR-dan Xəzərdəki partlayışla bağlı AÇIQLAMA

HADİSƏ 04 iyl 2021, 22:36
Bu dəqiqələrdə Xəzərdə baş verən dəhşətli partlayışla bağlı SOCAR-dan ilk açıqlama gəlib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib:

“Hazırda işlər normal rejimdə davam edir. SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib. İndi məlumatımız yoxdur, müşahidə aparılacaq və məlumatımız olanda, ictimaiyyətə əlavə məlumat veriləcək" - deyə İ.Əhmədov qeyd edib.

Zamiq
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top