İndoneziyanın birinci prezidentinin qızı COVID-19-dan vəfat etdi

DÜNYA 03 iyl 2021, 19:33
İndoneziyanın birinci prezidenti və “qurucu-atası” Sukarnonun qızlarından biri, tanınmış indoneziyalı siyasətçi Raçmavati Sukarnoputri 71 yaşında koronavirus infeksiyasından vəfat edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzetinin internet versiyası məlumat yayıb.

Məlumatda deyilir ki, İndoneziyanın birinci prezidentinin qızı, digər sabiq prezident Meqavati Sukarnoputrinin bacısı, Böyük İndoneziya Hərəkatı Partiyasının liderlərindən biri olan Raçmavati Sukarnoputri ötən həftə COVID-19 simptomu ilə xəstəxanaya yerləşdirilmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top