Füzulinin Qacar kəndində yanğın baş verib

HADİSƏ 02 iyl 2021, 22:06
Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi istiqamətində dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla Nazirlik tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Görülmüş tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınaraq söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top