Ağadadaş Ağayev: "Xəstəlikdən sonra insanın dünyaya yanaşması fərqli olur"

ŞOU-BİZNES 01 iyl 2021, 13:55
"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənə maddi və mənəvi dəstək olmasaydılar, bu gün burada olmayacaqdım. Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm. Xalqımızı çox sevdiyimi bilirdim. Bu hadisələrdən sonra başa düşdüm ki, az sevmişəm. Şərhləri oxuyurdum, gözəl sözlər yazırdılar".

Demokrat.az
xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev "Günün sədası" proqramında deyib. Türkiyədə üç dəfə əməliyyat olunan və ötən gün Bakıya qayıdan müğənni xəstəliyindən danışıb:

"Bundan sonra aktiv musiqi fəaliyyətinə başlayacam. İnsanların rəyini oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Bilmirdim, bizim xalqımız öz sənətkarına bu qədər sevgi bəsləyir. Diaqnozumu bilən kimi özümü Allaha təslim etdim. Dedim ki, 65 il mənə şan-şöhrət, sevgi vermisən. Dürüst yaşamışam. Xəstəlikdən sonra insanın dünyaya yanaşması fərqli olur. Mən 4 dəfə əməliyyat olundum. Bildim ki, Allah sevgisi olmasa, bu işin içindən çıxmaq mümkün deyil. Allah insanı xüsusi sevgi ilə yaradır. Allahın mərhəmətindən bizə də pay düşür. Sözlə ifadə etmək olmur, bəzi şeyləri yaşamaq lazımdır.

Həyatımda ilk dəfə bu qədər müddətdə ölkəmdən uzaq düşdüm, üç ay müalicə aldım. İnsanlar mənə zəng edirdilər ki, orqanlarını bağışlasınlar. Telefonda danışarkən ağlayırdılar".

Ağayev İstanbulda olan evinin satıldığını söyləyib:

“Evimi satıblar. Kim satıb yeyibsə, halal xoşu olsun. İndi də evim var, hava limanına yaxındır”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top