“Həm Ermənistanın, həm də Azərbaycanın liderləri bunu başa düşürlər” — Putin Qarabağdan danışdı

SİYASƏT 30 iyn 2021, 22:47
“Nə Ermənistan, nə də Azərbaycan Qarabağdakı böhranın inkişafında maraqlıdır”.

Demokrat.az xəbər verir ki, Bunu Rusiya prezidenti Vladimir Putin birbaşa xətt zamanı bildirib.

“Rusiya bu çox ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Heç kim onun inkişafı ilə maraqlanmır: nə Ermənistan, nə Azərbaycan, nə də Dağlıq Qarabağ sakinləri. Məsələnin digər tərəfinin də budur ki, hamımız dinc və mehriban bir şəkildə yaşayırıqsa, insanların həyatını yaxşılaşdırmaq üçün şərait yaradacağıq. Təkcə təhlükəsizlik sahəsində deyil, həm də mövcud şəraitdə, normal birgəyaşayışı nəzərdə tuturam. Ailələrin, iqtisadi, sosial inkişafın, şübhəsiz ki, Qarabağda yaşayan insanların ən çox ehtiyac duyduqları şey budur, çünki hər zaman silahlı qarşıdurmanı bərpa olunacağı narahatlığı ilə yaşamaq mümkün deyil. Həm Ermənistanın, həm də Azərbaycanın liderləri bunu başa düşürlər.

Bəli, həqiqətən çox problem var, normal infrastrukturun bərpası, Ermənistan və Azərbaycan sərhədində, xüsusən dövlət sərhədinin olduğu yerlərdə müvafiq iş aparmaq üçün sərhədin müəyyənləşdirilməsi ilə bağlı məsələlər var. Əslində, sərhədlər heç mövcud deyildi, yalnız ittifaq respublikaları arasındakı inzibati sərhəd idi.

İndi bu iş prosesindəyik, xüsusi üçtərəfli (Rusiya, Ermənistan və Azərbaycan) bir qrup yaratdıq və bölgədə normal münasibətlərin bərpası üçün hər şeyi edəcəyik. Bu işdən faydalananlar təbii ki, Dağlıq Qarabağ sakinləri olmalıdır. On illərdir topladığı bütün çətinliklərə baxmayaraq, belə olacağını düşünmək istərdim”, – deyə Putin vurğulayıb./ yenisabah.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top