"Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib”.
Bunu ABŞ prezidenti Donald Tramp şəxsi “Twitter” səhifəsində yazıb.
O, Nümayəndələr Palatasının keçmiş rəhbəri Nyut Qinqriçin bir müddət öncə ABŞ-da Avraam Linkolndan bəri medianın heç bir prezidentlə onunla olduğu kimi pis və ədalətsiz davranmadığını dediyini xatırladıb.
“Eyni zamanda heç bir ABŞ prezidenti bu vəzifədə iki ildə bu qədər iş görməyib”, - deyə D.Tramp əlavə edib.
Modern.az