Bakıda mühakimə olunan erməni terrorçuları Toniyan və Kasparyanı məhkəməyə çağırdılar — Vəsatət

KRİMİNAL 29 iyn 2021, 13:06
Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında terror-təxribat törətməkdə ittiham olunan erməni silahlı dəstə üzvləri – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Daha sonra hakim bildirib ki, təqsirləndirilən şəxslər məhkəmədə ifadə verməkdən imtina etmək, etiraz vermək hüquqları var. Hakim qeyd edib ki, məhkəmə iclasları protokollaşdırılır. Onun sözlərinə görə, məhkumlar məhkəmə hökmündən yuxarı instansiyalara şikayət vermək hüquqları var.

Hakimin sözlərinə görə,  təqsirləndirilən şəxslər məhkəmələrdə müdafiçi ilə təmin olunub. Hakim təqsirləndirilən şəxslərə vəkilləri təqdim edib. Vəkillərin heç birinə etiraz olunmayıb. Təqsirləndirilən şəxslər də vəkillərin müdafiə hüququndan istifadə etmək istədiklərini bildiriblər.

Təqsirləndirilən şəxslərdən birinin vəkili bildirib ki, Ermənistanın Sabiq müdafiə naziri David Toniyan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi  Onik Kasparyan bu təqsirləndirilən şəxslərin əməllərinə görə məsuliyyət daşıyırlar. Vəkil hər iki vəzifəli şəxsin məhkəmədə şahid qismində ifadə verməsini istəyib.
 
Həmçinin vəkil David Toniyan və Onoəik Kasparyanın  barəsində cinayət işinin başlanılması istəyib.

Prosesdə vəsarətə münasibət bildirən  dövlət ittihamçısı deyib ki, vəsatət Cinayət Prosesual Məcəlləsinin 318-ci və 207-ci maddələrinin tələblərinə ziddir. 

Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittiham əsasında cinayət işlərinə baxır. Əgər məhkəmə baxışı zamanı başqa şəxsin əməlində cinayət işi olarsa, bu məsələ ittihamdan ayrılıb ayrıca icraata verilməlidir.

"Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham çərçivəsində işə baxır. Hazırkı mərhələdə onların barəsində cinayət işinin başına də üçün qanunvericilik yol vermir. Məhkəmə istintaqı zamanı onların əməlində cinayət tərkibi müəyyən olunarsa, iş ayrıca icraata götürülməsi barədə qərar qəbul oluna bilər. Şahid qismində dindirilmələri barədə vəsatət isə məhkəmə istintaqı zamanı müzakirə oluna bilər" - deyə dövlət ittihamçısı bildirib.

Hakimlər vəstətləri təmin etməyib.

Daha sonra məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Prokuror ittiham aktını elan edib. 

İttiham aktında qeyd edilib ki, dəstə üzvləri terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçərək ayrı ayrı idarə və təşkilatlara, insanlara silahlı basqın etmək məqsədilə müvafiq icazə olmadan silahlı birləşmə yaradaraq Azərbaycan ərazisinə keçərək ölkə ərazisində yanğın və partlayışlar törətmək istəyib. Bu məqsədlə onlar Xocavənd rayonunun Şimal Qərb hissəsindən Hadrut qəsəbəsinə daxil olublar.

Saat 2-yə qədər fasilə elan olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top