ABŞ səfirliyi 3 kateqoriya üzrə viza almaq üçün ərizə qəbulunu elan etdi

SİYASƏT 27 iyn 2021, 21:13
ABŞ-ın Azərbaycandakı Səfirliyi hal-hazırda  işçi vizaları (H1B və L viza kateqoriyaları),  tələbə vizaları (F və M viza kateqoriyaları) və  mübadilə proqramlarına aid ziyarətçi vızaları (J viza kateqoriya) üçün məhdud sayda ərizələri qəbul edir.

Demokrat.az
bildirir ki, bu barədə səfirlik məlumat yayıb.

“İşgüzar və turistik vizaları üçün isə biz vizaların (B1 / B2 viza kateqoriyarı) yalnız son 36 ay ərzində müddəti bitmiş şəxslərin müraciətlərini müsahibədən kənar qəbul edirik.

İşçilərimizin və vizaya müraciət edənlərin sağlamlığına və təhlükəsizliyinə zərər vermədən biz mümkün qədər çox viza müraciətlərini qəbul etməyə çalışırıq və müvəqqəti narahatlıq üçün üzr istəyirik”-deyə açıqlamada vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top