Azərbaycanda daha 55 nəfər koronavirusa yoluxdu, ölən yoxdur

SOSİAL 26 iyn 2021, 16:36
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 026 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib. 803 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, bu günə qədər isə ümumilikdə 3 722 499 test icra olunub.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top