Hadrutdakı “Dəmir yumruğ”un müəllifi danışdı

GÜNDƏM 26 iyn 2021, 15:13
“Hadrut (Ağoğlan) qəsəbəsində qoyulan “Dəmir yumruq” abidəsi Prezident İlham Əliyevin dəmir yumruğudur”.

Bunu “Qafqazinfo”ya qəsəbədə qoyulan, fotosu sosial şəbəkələrdə geniş yayılan abidənin müəllifi rəssam Elxan Əliyev bildirib. Onun sözlərinə görə, Şuşada və ya digər işğaldan azad olunan ərazilərimizdə zəfər yolunun üzərində belə bir abidə ucaltmaq arzusunda olub.

“Prezidentin möhtəşəm yumruğu məni bu abidəni yaratmağa sövq edib. Əvvəlcə, generalımız Mayis Bərxudarova bu abidənin kiçik maketini hazırlayıb təqdim etmişdim. O, çox bəyəndi və söhbət əsnasında təklif etdim ki, gəlin bunun böyüyünü düzəldək. Generalımız da razılaşdı. Heykəlin və “Zəfər şəhidləri” kompleksinin layihəsini qızım – gənc memar Gülər Əlizadə verdi. Özümün rəhbəri olduğun şirkətin komandası ilə birlikdə isə “Dəmir yumruğ”u öz vəsaitimiz hesabına hazırladıq”.

Müəllif bildirib ki, Hadrutda hərbi hissənin həyətində qoyulan abidə təxminən 5 aya ərsəyə gəlib: ““Dəmir yumruq" qayaların içərisində hazırlanıb. Abidədə bayrağımız, ay-ulduz, əsgərlərimiz, dronlar əks olunub. Hazırlanmasında isə dəmir listlərdən istifadə olunub. Bu abidəni həm Prezidentimizə, həm də ordumuza həsr etmişik. İyunun 24-də abidənin açılışı olub. Həmin gün hərbi hissə və general tərəfindən şəhadətnamə ilə təltif olunmuşam”.

Bundan əvvəl öz komandası ilə birgə Bakının Əmircan qəsəbəsində abadlıq işləri görən rəssam işğaldan azad olunan torpaqlarda hansısa bir qəsəbəni götürüb bütövlükdə təmir etmək arzusunda olduğunu da dilə gətirib.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top