18 yaşlı gənc yol qəzasında ağır xəsarət aldı

HADİSƏ 26 iyn 2021, 09:09
Yevlax rayonunda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Vahabov Əminşah Pənah oğlu ağır dərəcəli xəsarətlər alıb. O, təcili tibbi yardımın köməkliyi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərinə gətirilib. Müayinə zamanı yaralıya alt çənənin sınığı, kəllə-beyin travması və digər müxtəlif dərəcəli xəsarətlər diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top