“Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyi davam etdirəcək” — Qaribaşvili

XARİCİ SİYASƏT 25 iyn 2021, 22:15
“Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu uğurla yerinə yetirdi”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan bundan öncə bu cür rol oynamayıb: “Bu cür rollar adətən böyük dövlətlərə həvalə olunur. Bu, hər iki ölkə liderinin Gürcüstana etimadının ifadəsidir. Mən öz növbəmdə Gürcüstanın bundan sonra da bu prosesdə vasitəçi rolunu oynamağa davam edəcəyinə tam hazırlığını bir daha təsdiqləyirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top