“Davamlı İnkişaf Məktəbi” layihəsinin müsahibə mərhələsi başa çatdı

GÜNDƏM 25 iyn 2021, 12:56
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinin müsahibə mərhələsi başa çatıb.

Ümumilikdə layihədə iştirak üçün müraciət edən 500-dək gəncin içərisindən 146 uğurlu namizəd seçilərək müsahibəyə dəvət edilmişdir. Müsahibə mərhələsindən uğurla keçən 17 nəfər Yeni Azərbaycan Partiyasının üzvü və 17 nəfər bitərəf gənc olmaqla ümumilikdə 34 nəfər layihədə iştirak hüququ qazanıb.

4 ay müddətində davam edəcək layihə çərçivəsində gənclərə ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni, o cümlədən, dövlət idarəçiliyi sahələrində nəzəri və praktiki modullar əsasında seminarlar keçiriləcək, iştirakçılar xüsusi debat proqramına cəlb olunacaqlar. Yekunda iştirakçılar münsiflər heyəti qarşısında müxtəlif mövzulu təqdimatlarla çıxış edəcəklər. Proqramı ən yüksək göstəricilərlə başa vuran bir qrup gənc müxtəlif dövlət qurumlarında təcrübə proqramında iştirak etmək şansı əldə edəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top