“Caliber” Zəngəzur dəhlizi barədə: Azmı gözləyəcəyik? — VİDEO

QARABAĞ 25 iyn 2021, 09:35
Rusiya və Azərbaycandan olan analitiklər üçün Vladimir Putin və İlham Əliyev arasındakı bölgədəki nəqliyyat infrastrukturunun bərpasına həsr olunmuş telefon danışığı əlamətdar səciyyə daşıyır.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

“Telefon danışığının Ermənistandakı parlament seçkilərindən dərhal sonra baş verməsi heç də təsadüfi deyil”, - deyə videomaterialda qeyd olunur.

Bildirilir ki, dövlət başçıları arasındakı söhbət bölgəni mühüm reallıqlara qaytarır və ölkələr arasındakı nəqliyyat əlaqələrinin bərpasının vacibliyini bir daha vurğulayır.

Daha ətraflı “Caliber”in süjetində:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top