Zatulin: "Şuşa Bəyannaməsinin Ermənistana qarşı yönəldiyinə şübhəm yoxdur"

GÜNDƏM 24 iyn 2021, 21:55
“Şuşa bəyannaməsi Ermənistana qarşı yönəldiyinə şübhəm yoxdur”.

Demokrat.az
xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, MDB Ölkələri İnstitutunun rəhbəri Konstantin Zatulin “Sputnik.Armenia” multimedia mətbuat mərkəzindəki platformada çıxış edib.

O, çıxışında Şuşa Bəyannaməsindən danışıb.

Zatulin Şuşa Bəyannaməsi haqqında bunları söyləyib:
“Şuşa Bəyannaməsi” Türkiyənin Qafqazda öz nüfuz dairəsini genişləndirməsindən bəhs edir.

Qarabağdakı 44 günlük müharibə zamanı Türkiyənin dəstəyinə görə Bakı Ankaraya olan borcunu ödəyir.

Mətndə “erməni işğalı”, “erməni hiyləgərliklərindən” bəhs olunur – Bəyannamənin Ermənistana qarşı yönəldiyinə şübhə yoxdur.

Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Ermənistandan mümkün qədər çox güzəşt əldə etməyə çalışır”.

Zatulin Azərbaycan rəhbərliyinin davranışını “dar düşüncəli millətçilik” adlandırmaqdan da çəkinməyib.

O, danışıqlar prosesinə Vladimir Putinin rəhbərlik etdiyini, tərəfləri təsir altına almağa çalışaraq məsələni yumşaq formada həllinə üstünlük verdiyini də qeyd edib./Konkret.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top