Jurnalistikanın dayanıqlığı üzrə Beynəlxalq Forum hökumətlər üçün tövsiyələr hazırladı

GÜNDƏM 24 iyn 2021, 14:47
2020-ci ilin noyabrında yaradılmış jurnalistikanın dayanıqlığı üzrə forumun işçi qrupu jurnalistikanın gələcəyi üçün iddialı çərçivə işləyib hazırlamışdır. "Jurnalistikanın yeni kursu" adlandırılan bu kurs bir sıra tövsiyələrdən ibarətdir ki, bu da ölkələr tərəfindən ildə ümumi daxil məhsulun 0,1 faizinə qədərinin jurnalistikanın xeyrinə təmin edilməsinə yönəlib.

Yeni kurs jurnalistikanın sosial funksiyasının təmin edilməsi üzrə həm milli, həm də beynəlxalq miqyasda böyük öhdəlik olacaq. Forumun sədri və "Sərhədsiz Reportyorlar" təşkilatının sədri Kristof Deluar belə açıqlayır: "Jurnalistikanın yeni kursu indiyə qədər ayrı olan məqamları, məsələn, bazar, texnoloji mühit və jurnalistlərin onlarla işinin necə təşkil olunması, praktika və etika kimi müxtəlif məqamları bir araya gətirməkdən ibarətdir. Bu, jurnalistikanın "media sektoru" kimi deyil, informasiya hüququna əsaslanan fikir və ifadə azadlığının vacib elementi kimi bərpa olunmasına bərabərdir".

İşçi qrupun Rəhbər Komitəsinə Oksford Universiteti nəzdində Jurnalistika Araşdırmaları İnstitutunun direktoru Rasmus Kleys Nilsen rəhbərlik edir. Qrupa  17 beynəlxalq mütəxəssis daxildir.

Tövsiyələr informasiya ekosistemi üzrə ekspert Samir Padaniyanın rəhbərliyi altında bir qrup məruzəçi tərəfindən hazırlanıb.

Hesabat dörd fəaliyyət sahəsi ətrafında qurulub: KİV azadlığı, jurnalistikanın müstəqilliyi, əlverişli iqtisadi iqlim və davamlı rəqəmsal modelin dəstəklənməsi.

Tövsiyələrdə deyilir:

➢ Korrupsiyaya qarşı mübarizə və maliyyə təmizliyi tədbirlərinin bir hissəsi olaraq media sahibliyinin tam şəffaflığının təmin edilməsi;

➢ Bütün əlaqədar tərəflərin etibarını bərpa etməkdən ötrü keyfiyyətli jurnalistikanın seçilməsi üçün tədbirlərin həyata keçirilməsi;

➢ Korporativ verginin minimum dərəcəsi də daxil olmaqla, rəqəmsal platformaların vergiyə cəlb edilməsi üçün beynəlxalq tədbirlərin saxlanması və qəbul edilməsi.

➢ Kommersiya və qeyri-kommersiya KİV üçün qarışıq özəl-dövlət maliyyə alətləri yaratmaqla xeyriyyə və ictimai dəstəyi birləşdirən hibrid media maliyyələşdirilməsi inkişaf etdirilməsi;

➢ Hökumətlərin rəsmi yardımın 1 faizini müstəqil medianın inkişafına və dəstəklənməsinə sərf etmək öhdəlikləri;

➢ Vətəndaşlara media təşkilatlarını öz seçimi ilə dəstəkləməyə imkan verən dəstək mexanizmlərini yaratmaq (məsələn, KİV üçün vauçerlər, abunə zamanı vergi güzəştləri və ya gəlir vergisinin müəyyən edilməsi);

➢ Jurnalistikanın və KİV-in strateji sektorlara və süni intellekt sahəsində yol xəritələrinə daxil edilməsi.

Jurnalistikanı bürüyən böhranın miqyası və cəmiyyətin onunla öhdəsindən gələ bilməməsinin nəticələri yeni kurs haqqında düşünməyə vadar edir.

Hesabatda aydın şəkildə göstərilir ki, bu genişmiqyaslı plan on ildən artıq müddətdə hökumətlərin, tənzimləyici orqanların, sənayenin, investorların, maliyyə donorlarının, texnologiyaların və vətəndaş cəmiyyətinin birgə səyləri nəticəsində öz məqsədinə çatacaq.

Hesabatda jurnalistikanın il ərzində ümumi daxili məhsulun 0,1 faizinə qədər təmin edilməsinin xeyrinə arqumentlər göstərilir. Bəzi ölkələr artıq bunu edirlər, digərlərinə isə buna oxşar müddəaların qəbul edilməsi təklif olunur.

İnformasiya və demokratiya təşəbbüsləri üzrə ilk sammit 2021-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası çərçivəsində keçiriləcək. Təşəbbüs vətəndaş cəmiyyətinin və demokratik hökumətlərin fəaliyyətini əks etdirir. O, informasiya məkanında demokratik təminatlar sisteminin müəyyən edilməsinə və yaradılmasına yönəlib.

İnformasiya xaosu qarşısında o, hüquqi yanaşma  (rəqəmsal platformaların tənzimlənməsi doktrinasının hazırlanması) ilə geosiyasi yanaşmanı (öz prinsiplərinin irəliləməsi üçün demokratik hökumətlərin koalisiyasının yaradılması) birləşdirir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top