Bu hava limanı AZAL-ın tabeliyindən çıxarılır— QƏRAR

İNFRASTRUKTUR 23 iyn 2021, 19:11
“Naxçıvan” Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Demokrat.az
-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, "Naxçıvan” Beynəlxalq Hava Limanı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Qərar 2021-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top