Ucarın 40 ildir asfaltlanmayan yolu — VİDEO

SOSİAL 23 iyn 2021, 19:33
Ucarda bərbad yol sakinlərə çatinlik yaradıb.

Baku TV xəbər verir ki, şəhərin Firdovsi küçəsi 40 ilə yaxındır salınsa da, bu günə qədər bir dəfə də olsun asfalt üzü görməyib. 

Sakinlər deyir ki, qışda vəziyyət daha da pis olur. Piyadalarla yanaşı, sürücülər də xeyli əziyyət çəkir. 

Yolun bərbad olması bəzən təcili tibbi yardım briqadasının gəlişini ləngidir, şagirdlərin məktəbə gediş-gəlişində çətinliklər yaradır. Hətta azyaşlı uşaqlar velosiped belə sürə bilmir. 

Məsələ ilə bağlı Ucar Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dəirəsi üzrə nümayəndəliyindən bildirilib ki, sözügedən problemdən xəbərdardırlar və həmin yol bu ilin sonuna kimi asfaltlanacaq.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top