Rəsul Quliyev: “Ayaqlarının altında torpaqda yanmalıdır”

GÜNDƏM 23 iyn 2021, 09:09
“Ermənistanda parlament seçkiləri Paşinyanın qətiyyətli qələbəsi ilə başa şatdı. Çox ehtimal Paşinyan 10-15 gün ərzində hökuməti formalaşdıracaq. Paşinyan sözsüz ki, hakimiyyətə keçmiş xarici işlər naziri kimi millətçi gətirməyəcək. Xarici işlər və müdafiə naziri, baş qərargah rəisi mərkəz düşüncəli şəxslərdən olacaq. Onların aparacaqları siyasət Türkiyə və Azərbaycanın apardıqları siyasətə zidd olmayacaq”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, Türkiyə və Azərbaycanın Qafqaz siyasətlərini dünyanın əksər ölkələri o cümlədən Avropa İttifaqı, ABŞ, Ukrayna, Moldova, Qazaxstan, Özbəkistan, Türkmənistan, Çin, ərəb ölkələri, Pakistan və bir çox başqa ölkələr dəstəkləyir: “Azərbaycanın ərazilərini 30 il işğalda saxlayan Ermənistan prezidentləri Köçəryan və Sərkisyan 20 il müddətində heç bir müharibənin getmədiyi kəndlər və şəhərlərdə salamat bir bina da qoymayıblar, viranəyə çeviriliblər. İşğal ediləndən sonra ərazilərin bu şəkildə viranəyə çevrilməsi faktı dünyanın son 2 min illik tarixində heç vaxt heç bir yerdə baş verməyib. Bu cinayətləri törətmiş Köçəryan və Sərkisyan öz komandaları ilə birlikdə Haaqanın məhkəmə zalında əməllərinə cavab verməlidirlər. Azərbaycan beynəlxalq aləmdə tanınmış hüqüqşünasları dəvət edib bu cinayətkarların dosyesini hazırlatdırıb beynəlxalq məhkəməyə təqdim etməlidir. Ölənə qədər onlardan əl çəkmək olmaz. Ayaqlarının altında torpaqda yanmalıdır. Paşinyana iki dəfədən artıq səslə uduzmuş Köçəryan hələ də xoruzlanır, sərsəmləyir. Küllü miqdarda maliyyə aldığı ağalarının qarşısında özünü doğrultmağa çalışır. Çox tezliklə onların da yaşadığı ölkə Rusiya olacaq. Azərbaycanın apardığı təqdirəlayiq xarici siyasətdən Ermənistan da bəhrələnə bilər. Ermənistanın gələcək inkişafı birbaşa Türkiyə və Azərbaycanla sivil əlaqələrin yaradılmasından keçir. Bunu dərk etmək, qəbul etmək lazımdır”.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top