Ermənistanda problemli seçki məntəqələrində səslər yenidən sayılacaq

REGİON 22 iyn 2021, 23:47
Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkiləri çərçivəsində 70 seçki məntəqəsində səslərin təkrar sayılacağını elan edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Şikayətlər və müraciətlər əsasında səslərin təkrar sayılması iyunun 23-də həyata keçiriləcək.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçirilib. Səsvermə günü 2 008 seçki məntəqəsi fəaliyyət göstərib. Seçici iştirakı 49,4 % təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top