Tokio-2020: Paralimpiyaçılarımızdan 19-cu lisenziya

İDMAN 19 iyn 2021, 20:38
Milli Paralimpiya Komitəsinin (MPK) pauerliftinqçisi Pərvin Məmmədov Tokio-2020 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıb.

MPK-nın mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, 49 kq çəki dərəcəsində çxış edən idmançı bu uğura Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Kubokunda nail olub.

O, 157 kq nəticə göstərərək yarışı 4-cü yerdə bitirib. Həm Dünya Kubokunda, həm də reytinq xalları qazandıran öncəki yarışlarda yüksək nəticə əldə edən Məmmədov "Tokio-2020"də Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, bu, Milli Paralimpiya Komitəsinin idmançılarının 19-cu lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündəndir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top