SON DƏQİQƏ! Dağüstü parkda çıxan yanğın söndürülür — VİDEO (YENİLƏNİB)

HADİSƏ 17 iyn 2021, 23:29
Bu gün gecə saatlarında paytaxt Bakının Dağüstü park ərazisində yanğın çıxıb. 

Demokrat.az
-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi binasının arxa hissəsində - Dağüstü parkın quru otluq ərazisində baş verib.

Hazırda Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürür.

İlkin ehtimala görə, yanğın ərazidəki quru otların üzərinə od düşməsi səbəbindən çıxıb.

Qeyd edək ki, sözügedən ərazinin yaxınlığında tanınmış hüquqşünas Aslan İsmayılov tərəfindən "Xan çinarı" parkı salınıb.  

Demokrat.az ərazidən çəkilən görüntüləri təqdim edir:
 

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top