Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşdü


XARİCİ SİYASƏT 17 iyn 2021, 21:02
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, görüşdə müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları çərçivəsində, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Öz növbəsində R.Berqmanis ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını qeyd edərək Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top