Milli Qurtuluş ideologiyasının təntənəsi

GÜNDƏM 16 iyn 2021, 18:02
İyun ayının 15-i xalqımız üçün müstəsna əhəmiyyət kəsb edir.

1993-cü ilin 2-ci yarısına qədər Azərbaycanda baş verən ictimai-siyasi hadisələr ölkəni uçuruma yuvarlamışdı və yeni müstəqillik qazanan respublikada dövlətçilik yox olmaq təhlükəsi ilə üz-üzə idi. 

1993-cü ilin əvvəllərində Gəncədə qiyam başladı. Bu hakimiyyəti ələ keçirmək istəyən qiyamçılarla Milli hökumət arasında vəziyyəti gərginləşdirərək vətəndaş müharibəsi həddinə gətirib çatdırmışdı. Belə bir vəziyyətdə xalqın və ziyalıların təkidi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu.

Həmin dövrdə ölkəmizdə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. 15 iyun tarixində Ulu Öndərimiz Heydər Əliyev xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gəldi. Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gündən Heydər  Əliyev qarşısındakı ağır problemlərə, çətinliklərə, böyük risklərə baxmayaraq  çıxılmaz  bir vəziyyətə düşmüş xalqının xilaskarı kimi öz missiyasını cəsarətlə yerinə yetirməyə başladı. 

Savadlı siyasətçi, böyük nüfuza malik olan Heydər Əliyev ölkədəki mövcud vəziyyəti qısa zamanda böhrandan siyasi-iqtisadi sabitliyə doğru dəyişdirə bildi.

Respublikanın hər yerində tüğyan edən ictimai-siyasi böhran Azərbaycan torpaqlarının ermənilər tərəfindən ardıcıl işğalı və əhalinin sosial rifahının çox aşağı olması  idarəçilikdə saysız-hesabsız problemlər meydana gətirmişdi.  Lakin  Heydər Əliyevin güclü iradəsi, idarəetmə qabiliyyəti, xalqa arxalanması, hər bir vətəndaşa doğma münasibət bəsləməsi demək olar ki, bütün çətinlikləri qısa bir zaman kəsiyində  aradan qaldırdı və ölkədə davamlı inkişafın təməlini qoydu. 

Məhz həmin illərdə Ulu Öndərimiz  tərəfindən ortaya qoyulan milli qurtuluş ideoloğiyasının təntənəsi müstəqil respublikamızın güclü demokratik dünya ölkələri ilə birgə addımlamasına bu gün də regionda və dünyada Azərbaycanın nüfuzunun artmasına xidmət göstərir. 

Heydər Əliyev öz  xilaskarlıq missiyasına başlayaraq demişdir ki, mən Azərbaycan Respublikasının bu ağır dövrində bu yükü öz üzərimə götürmüşəm. Götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır, götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma vətənimə,doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim.

Ulu Öndərimizin siyasəti nəticəsində ölkədə gedən qarşıdurma  səngidi, Pespublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Böyük insan Heydər Əliyevin  öz işinin öhdəsindən layiqincə gəlməsi sözün həqiqi mənasında Azərbaycanın mövcudluğunu, ölkənin ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. 

Beləliklə bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.

15 iyun tarixi 1997-ci ildən etibarən Parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olundu.

Faktiki olaraq müharibə şəraitində olan ölkədə dövlətçiliyin, onun gələcək inkişaf strategiyasının təməlini qoyan və zamanla bunu həyata keçirən Ümummilli Lider Respublikanın müstəqilliyini qorumağı və inkişafını inanılmaz bacarıqla yerinə yetirdi. Heydər Əliyev bütün bu mübarizələrdən zəfərlə çıxmaqla yanaşı həm də Milli dövlətçiliyin konsepsiyasını yaratdı. Azərbaycan qısa müddət ərzində bütün dünyada müstəqil dövlət kimi qəbul edildi və müstəqil siyasətini yeritməyə başladı.

1993-cü ilin iyun ayının 20-də Azərbaycan həqiqətlərinin dünya içtimaiyyətinə çatdırılması məqsədi ilə yerli və xarici jurnalistlər üçün brifinq keçirən Ümummilli Lider o dövrün reallıqlarını Azərbaycanın inkişafına mane olan ünsürləri, respublikaya düşmən mövqeyində dayanan  siyasi dairələrin adını cəsarətlə elan etdi.

Ulu Öndərimiz siyasi hakimiyyətə qayıtdıqdan sonra idarəçiliyi sayəsində hərbi quruculuq ən mühüm amillərdən, ən mühüm istiqamətlərdən biri hesab olunub. Bu da təsadüfi deyildi, çünki ölkəyə qarşı Ermənistanın işğalçı siyasətinin davam etməsi, bunun nəticəsində ölkədə yaranmış siyasi hərc-mərclik bu istiqamətdə tale yüklü vəzifələrin həyata keçirilməsini  tələbi edirdi.

Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qorunması üçün ordu quruculuğuna Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına aid diqqət ölkənin daxili və xarici düşmənlərdən etibarlı müdafiəsinin qarantına çevrildi. Həmin dövrlərdə Heydər Əliyev apardığı siyasət nəticəsində bütün dünya Qarabağda baş verən müharibədə Ermənistanın işğalçı olduğunu , ermənilərin ədalətsiz mövqeyini tam aydınlığı ilə görə bildi. Beynəlxalq təşkilatlar, hərbi diplomatik qurumlar Heydər Əliyevin təşəbbüsünə qoşularaq Qarabağda döyüş əməliyyatı planının dondurulmasına, oşunlar arasında atəşkəs rejiminə nail olub, problemin həllini danışıqlar yolu ilə aparmaq üçün Ermənistanı işğalı dayandırmağa məcbur etdilər.

Atəşkəs rejiminin əldə olunması ölkədə hərbi siyasi islahatların və digər sahələrdə zəruri islahatların aparılmasını labüd etdi. Onun təticəsi olaraq Azərbaycan Silahlı Qüvvələrinin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində , ordumuzun dünyanın qabaqcıl ölkələrinin ördularına çevrilməsi istiqamətində zəruri addımlar  həyata keçirməyə başlandı. Qısa bir müddət ərzində Azərbayca və NATO ordusu arasında  hərbi təhsil sahəsində  müəyyən addımlar atıldı. Bunun məntiqi nəticəsi olaraq  2004-cü ildə fərdi tərəfdaşlıq haqqında sənəd imzalandı. Bu sənədlə Azərbaycan  öz ordusunun NATO standartlarına uyğun bir orduya çevrilməsi istiqamətində öz üzərinə zəruri öhdəliklər götürdü.

Silahlı qüvvələrə xüsusi diqqəti sayəsində Azərbaycan ordusu regionun ən güclü orduları sırasına qoşula bildi.

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Ordusunu yüksək qiymətləndirir və lazımı dəyər verirdi, o deyirdi: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, lakin Azərbaycan ordusunun əskəri, zabiti mənə hər bir vətəndaşdan əziz və yaxındır”.

Vahid komandanlığa tabe olan ordu yaratmaq və onu nizami formaya salmaq böyük siyasi iradə və hazırlıq tələb edirdi. Heydər Əliyev bunun öhdəsindən  müvəffəqiyyətlə gəldi və bu gün haqqında fəxarətlə danışdığımız və qürur mənbəyimiz olan ordumuz onun əməyinin nəticəsidir.

Şəhla Ağbulud
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top