AFFA Türkiyənin məşhur geyim brendi ilə sponsorluq müqaviləsi imzaladı — FOTOLAR

İDMAN 15 iyn 2021, 18:17
AFFA ilə Türkiyənin məşhur kişi geyim brendi "Kiğılı" arasında sponsorluq müqaviləsi imzalanıb.

Demokrat.az xəbər verir ki, milli assosiasiyanın inzibati binasında təşkil olunmuş imzalanma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, "Kiğılı" şirkətinin baş icraçı direktoru Hilal Suerdem, Azərbaycan milli komandasının üzvləri Araz Abdullayev və Sərtan Taşkın iştirak ediblər.

Mərasimə videozənglə qoşulan "Kiğılı" şirkətinin təsisçisi və sahibi Abdullah Kiğılı iştirakçıları salamlayıb, qeyd edilən müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib və Azərbaycan millisinə uğurlar arzulayıb.

2022-ci ilin sonunadək imzalanmış müqaviləyə əsasən, Azərbaycan yığmasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaq.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top