Filippində gəmidə partlayış oldu — Xəsarət alanlar var

DÜNYA 12 iyn 2021, 18:41
Filippinin paytaxtı Maniladakı bir limanda yük gəmisində baş verən güclü partlayışlar və yanğın nəticəsində azı 6 nəfər xəsarət alıb, 2 nəfər də itkin düşüb.

“Report” AP-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında yanacaq daşıyan kiçik “MV Titan8” gəmisinə yanacaq vurulduğu vaxt baş verib.

Hadisə nəticəsində yanacaq çənləri Pasiq çayına tökülərək sahili boyu onlarla gecəqondu evdə də yanğına səbəb olub.

Hadisə yerinə gələn sahil mühafizəsi su şırnaqları vasitəsilə yanğını söndürüblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top