Son gündə peyvənd olunanların sayı açıqlandı

SOSİAL 11 iyn 2021, 20:39
Azərbaycanda bu gün 39 985 nəfər vaksinasiya olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35917, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4068 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 702 023-dür. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 748 035, ikinci mərhələ üzrə isə 953 988 nəfər təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top