Elman Quliyev qovuldu — Müsavatda mühacir qalmaqalı

DAXİLİ SİYASƏT 10 iyn 2021, 16:18
Bir neçə gün əvvəl Müsavat partiyasının Gənclər Təşkilatının sədri Elman Quliyev facebook vasitəsilə partiyadan ayrıldığını elan edib.
 
Təfərrüatları, ayrılma səbəbi və digər məslələr barədə heç bir şey qeyd etməsə də, mötəbər mənbələrdən E.Quliyevin Müsavatdan ayrılması barədə Konkret.az-ın redaksiyasına kifayət qədər maraqlı məlumatlar daxil olub. Adının çəkilməsini istəməyən şəxs Müsavatda yeni mühacir qalmaqalının baş verdiyini bildirib. Hətta hadisələr o dərəcə böyüyüb ki, hüquq mühafizə orqanlarının prosesə müdaxilə ehtimalının qarşısını almaq üçün Elman Quliyev təcili şəkildə istefaya göndərilib. Hazırda Müsavat rəhbərliyində ciddi fikir ayrılıqları və münaqişələrin yaşandığı deyilir.

Sayt yazır ki, məlumata görə, Gənclər Təşkilatını heç cür bərpa edə bilməyən Müsavat rəhbərliyi bu yolun effekt vermədiyini, siyasi proseslərdə uğur qazanmağın mümkün olmadığını dərk edib. Bundan sonra Elman Quliyevlə birgə daha yaxşı yaşamaq arzusunda olan şəxslərin mühacir statusu ilə xaricə çıxarılmasını pul müqabilində təşkil etməyə başlayıb. Elman Quliyevin isə ona verilmiş imtiyazlardan öz maraqları üçün istifadə etdiyini və qazanclarını bu yolla təmin etdiyini açıq şəkildə siyasi sektorda hiss etdirməsi ciddi narahatlıqlara gətirib çıxarıb. Yekunda isə bu, onun təşkilatdan qovulması ilə nəticələnib.

Görünür, Müsavat rəhbərliyi prosesin ardıcıl formada onlara doğru sıçrayacağından ciddi narahatlıq keçirib.  Partiya Gənclər Təşkilatlarının sədrini partiyadan uzaqlaşdırmaqla rahatlaşmaq istəyib.

Çoxunun dürüst adam, hətta qəhrəman kimi tanıdığı, ən azından elə olduğu topluma sırınan birinin höküməti tənqid etməsi iyrənc görünür və belə şəxslər cəmiyyətdə çoxluq təşkil edir. Əlindəki kiçik imkanlarından maksimum qanunsuzluq, həyasızlıq üçün istifadə edən şəxsin, böyük imkanlara, vəzifələrə sahib olacağı təqdirdə nə pozuntular etməsini adam düşünmək istəmir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top