Deputat: “Xaricdə oturub Azərbaycan vətəndaşlarını mitinqə çağıranlar ermənilərin qardaşlarıdır"

GÜNDƏM 10 iyn 2021, 12:50
"Azərbaycan hakimiyyəti humanist yanaşaraq bir sıra şəxslər barədə ciddi tədbir gördürmür. Xaricdə oturub Azərbaycandakı vətəndaşlarımızı nümayişə çağıranlar elə ermənilərin qardaşlarıdır".  

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, xaricdə yaşayan blogerlər Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli ilə əlaqəlidirlər: "Əli Kərimli artıq bir neçə gündür ki, yeni mitinqlər üçün çağırışlar edir. Onlar qeyd edirlər ki, biz heç bir qayda-qanunu pozmuruq, bu, bizim hüququmuzdur və vətəndaşların nümayişə çıxmağa haqqı çatır. Amma başa düşmürlər ki, bu gün pandemiya səbəbindən kütləvi toplaşmalara qadağa var, həmçinin biz artıq torpaqları işğaldan azad etmişik. Ermənilər münaqişə yaratmağa çalışırlar, diversiya qrupları göndərirlər, jurnalistlərimiz 1 həftə əvvəl minaya düşərək həlak olublar. Belə bir məqamda istənilən Azərbaycan vətəndaşı anlamalıdır ki, ölkə üçün sabitlik, həmrəylik lazımdır. Bunlar xaricdəki ağalarından göstəriş alırlar. Xaricdə yaşayan həmin blogerlər Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli ilə əlaqəlidirlər. Tutaq ki, aksiya baş tutdu, çıxıb nə deyəcəklər?! Bir neçə il əvvəl də "Qarabağ uğrunda" nümayişlərə çıxdılar, amma diqqət edək, Qarabağı vaxtında düşmənə təhvil verən elə onların özüdür! İndi isə biz cənab Prezident İlham Əliyevin düzgün qurduğu strategiya, əsgər, zabitlərimizin qanı-canı bahasına torpaqları azad etmişik və artıq doğma torpaqlarımızda möhkəmlənmək istəyirik. Amma görürsünüz, möhkəmlənmək çətindir, üstümüzə nə qədər düşmənlər gəlir. Belə vəziyyətdə, mitinqlərə çağırışın özü də elə düşmənlikdir. Doğrudan da, düşmənlik etməkdir! Nəzərə almaq lazımdır ki, hələ bu virusun qarşısını yenicə almağa başlayırıq. Bilirsiniz, nə qədər insan bu pandemiyadan əziyyət çəkdi?! Çox yaxşı bilirsiniz! Elə biri mən, düz 1 ay ağır vəziyyətdə xəstəxanada müalicə aldım. Oradakı xəstələrin, tibb işçilərinin nə əziyyətlər çəkdiklərinin şahidi oldum. Nümayişə səsləyənlərin insafı olsun ki, ölkənin bu vəziyyətini nəzərə alsınlar. Belə adamlar bizim heç bir qələbəmizə sevinmirl Ancaq bizim faciələrimizə sevinirlər. Erməni mina basdırıb, jurnalist də minaya düşərək həlak olub, bunlar deyir ki, Prezidentin günahıdır. Ay şərəfsiz, adama deyərlər bu məsələdə Prezidentin, ümumiyyətlə iqtidarın, deputatların ya jurnalistlərin nə günahı var?! Ölkə rəhbərliyi sadəcə olaraq, humanist yanaşaraq belə şəxslər barədə ciddi tədbir gördürmür".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top