Toy deyil, Mustafa Cecelinin Bakı konsertidir... — VİDEO

ŞOU-BİZNES 07 iyn 2021, 10:45
Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsert proqramında karantin qaydaları kobud şəkildə pozulub. 

Demokrat.az xəbər verir ki, ifaçının “İstanbul Meyhane Bilgəh” restoranının açılışındakı çıxışı zamanı iaşə obyektlərində ayağa qalxan hər kəsin maska taxması, sosial məsafə, kütləvi tədbirlərin keçirilməsi barədə qoyulan qaydalar heçə sayılıb. Qaydaların açıq-aşkar pozulduğu kadrlar restoranın instaqram səhifəsində də nümayişkarcasına paylaşılıb.  

Hətta Mustafa Ceceli Azərbaycan ərazisində ümumi karantin rejiminin ləğv edilmiş kimi başa düşərək görüntüləri instaqram hesabında paylaşıb, tezliklə Türkiyədə də konsertlərin keçirilməsini arzuladığını bildirib:



“Səhnə üçün çox darıxmışam. Bu görüntülərlə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, bir ağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər”. 

Həmçinin, sözügedən gecədə qonaqların mərkəzi rəqs meydançasında rəqsi, əylənməsi toy məclislərindən heç bir fərqinin olmadığı görünür. Kadrlarda rəqs edən şəxslərin sayının 100 nəfərdən çox olduğu başa düşülür. 



Bu məqamda xatırladaq ki, Milli Məclisin deputatları Qənirə Paşayeva,  Sabir Rüstəmxanlı, Fazil Mustafa, Naqif Həmzəyev açıq havada toy şənliklərinin keçirilməsinə icazə verilməsiylə bağlı Operativ Qərargaha çağırış etsə də, bu barədə hər hansı müsbət addım atılmayıb.(qafqazinfo.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top