Azərbaycanda könüllü tibbi sığorta üzrə ödənişlər 11% azalıb

MALİYYƏ 05 iyn 2021, 19:41
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə 66,485 milyon manat sığorta haqqı toplanılıb.

Demokrat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.

Hesabat dövründə bu növ sığorta üzrə ödənişlər isə 20,774 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,9% azdır.

4 ay ərzində tibbi sığorta üzrə yığımlar ümumi yığımların 19,6%-ni, ödənişlər isə ümumi ödənişlərin 11,55%-ni təşkil edib. Bu nisbətlər ötən ilin eyni dövründə müvafiq olaraq 20,2% və 22,1% təşkil edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top