Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün qalibi bilindi — YENİLƏNİB

KRİMİNAL 05 iyn 2021, 14:06
"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

Demokrat.az xəbər verir ki, "Alpha Tauri"nin sürücüsü Pyer Qasli bütün rəqiblərini qabaqlayaraq birinci olub.

"Red Bull" pilotu Serxio Peres ikinci, "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə üçüncü olub.

Saat 16:00-da sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

***13:03

"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib.


Demokrat.az xəbər verir ki, pilotlar saat 14:00-dək bolidlərini sınaqdan keçirəcəklər.

Saat 16:00-da sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top