Gədəbəydə qadına qarşı zorakılıq göstərənə cinayət işi açıldı

HADİSƏ 03 iyn 2021, 18:15
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Gədəbəy rayonunun Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə videogörüntüsü yayılıb.

Baş Prokurorluqdan Demokrat.az-a verilən məlumata görə, qeyd edilən görüntülərlə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsində ilkin yoxlama aparılmaqla toplanmış material aidiyyəti üzrə Gədəbəy Rayon Prokurorluğuna göndərilib.

Aparılmış araşdırma ilə müəyyən edilib ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

3 iyun 2021-ci il tarixdə fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top