“Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırıq” — Makron

SİYASƏT 01 iyn 2021, 21:05
“Fransa Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə çalışacaq”.

Demokrat.az “Armenian News”-a istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

O, Parisdə Paşinyanla humanitar yardım və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir.

Fransa prezidenti Dağlıq Qarabağdakı mədəni irs sahələrinin qorunmasının vacibliyini də vurğuladı. O, Bakı və İrəvanı bütün məhbusları azadlığa buraxmağa və humanitar yardımları təmin etməyə çağırıb.

“Fransa, ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Rusiya və ABŞ ilə birlikdə tərəflər arasında birbaşa da daxil olmaqla, dialoqun bərpası üçün hər şeyi etmək niyyətindədir. Sərhəddə baş verən son hadisələrlə əlaqədar olaraq, delimitasiya yalnız danışıqlar yolu ilə və güc tətbiq edilmədən həyata keçirilməlidir".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top