İndoneziya 4 aydan çox saxladığı İran tankerini azad etdi


DÜNYA 30 may 2021, 09:01
Cari ilin yanvar ayında İndoneziya sularında saxlanılan İran tankeri 125 gün sonra sərbəst buraxılıb.

Bu barədə “Report” “Mehr” agentliyinə istinadən xəbər verir.

“National Iranian Tanker Company” şirkəti bildirib ki, tanker yüksək vəzifəli məmurların tam dəstəyi və İranın xarici işlər nazirliyinin köməyi ilə azad edilib.

Qeyd olunub ki, gəmi missiyasını davam etdirəcək və gələcəkdə İran sularına qayıdacaq.
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top