“Ter-Petrosyanın Türkiyənin Qarabağ siyasəti haqqında danışarkən söylədiyi fikirlər...”

GÜNDƏM 30 may 2021, 00:05
“Ermənistanın eks prezidenti Levon Ter-Petrosyanın Türkiyənin Qarabağ siyasəti haqqında danışarkən söylədiyi fikirlər təkcə Azərbaycan və Ermənistan mediasında deyil, eyni zamanda dünya mediasının da diqqət mərkəzinə düşdü. Ermənistanın eks prezidentinin sözlərindən belə aydın olur ki, Türkiyə-Ermənistan münasibətlərini iki mərhələyə bölünür. 1991-2001 və 2002-ci ildən dən bugünə. 

Onun sözlərinə görə 2002-ci ildə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişinə qədər Türkiyə Ermənistanla münasibətlərin qurulmasına önəm verirmiş, hətta o qeyd edib ki, Türkiyənin eks prezidenti Süleyman Dəmirəl Ermənistana taxıl da göndərib. Amma 2002-ci ildə Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldi və vəziyt tamam dəyişdi. Fikrimcə, Ermənistanın eks prezidentinin bu açıqlaması lap məqamında oldu. Artıq bu müsahibədən sonra bəzi qaranlıq məqamlar açıqlanmağa başlayır”.

Demokrat.az
-ın xəbərinə görə, bunu politoloq Samir Hümbətov deyib.

“Birincisi, bu müsahibə onu göstərdi ki, istənilən dövlətdə, həmçinin Türkiyədə də hakimiyyətə gələn partiyanın dövlətin xarici siyasətinə çox ciddi təsirləri olur. 

İkincisi, Türkiyə 2002-ci ildə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyə daha aktiv xarici siyasəti strategiyası izləməyə başladı. 

Nəhayət, Levon Ter-Petrosyanın müsahibəsindən aydın oldu ki, Qarabağ məsələsində 1990-cı illərin sonlarına qədər Ermənistanın diplomatik üstünlüyü olsa da, 1990-cı illərin sonlarından başlayaraq güc balansı Azərbaycanın xeyrinə dəyişməyə başladı və Azərbaycanın üstünlüyü irəli sürülən şərtlərdə də açıq görünməyə başladı. Yekun olaraq burdan belə qənaətə gəlmək olar ki, uzunmüddətli strategiya üçün zaman amili də çox önəmlidir” – politoloq qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top