Süveyş kanalı növbəti dəfə bağlandı

DÜNYA 29 may 2021, 00:45
“Maersk Emerald” konteyner gəmisi Süveyş kanalının ortasında ilişib qalıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Gəmi cənub istiqamətində kanaldan keçərkən mühərriyində problemlər yaranıb. “Maersk Emerald” sayadan çıxarılıb və təmir edilib, sonra kanalda hərəkət qaydasına düşüb.

Xatırladaq ki, martın 23-də “Ever Given” gəmisi saya oturması səbəbindən Süveyş kanalını bağlamışdı. Onu sayadan çıxarmaq yalnız martın 29-da mümkün olmuşdu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top