Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi — VİDEO

SİYASƏT 27 may 2021, 23:20
Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyəti üzrə birləşmə və hissələrində başlayan komanda-qərargah təlimi bölmələrin döyüş tapşırığına uyğun olaraq davam edir. Məqsəd şəxsi heyətin çöl vərdişlərinin təkmilləşdirilməsidir.

Demokrat.az
Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, komanda-qərargah təliminin planına uyğun olaraq növbəti mərhələdə dağlıq və çətin relyefli əraziyə taktiki desant endirilib. Helikopterlərlə düşmən mövqelərinin dərinliklərinə endirilən xüsusi təyinatlı diversiya-kəşfiyyat qrupları çətin relyefli ərazilərdən, sıldırım dağ aşırımlarından keçməklə döyüş fəaliyyətini icra ediblər.

Təlimdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılıb. Birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə tabor taktiki qrupları şərti düşmənin ön xətdə və yaxın dərinlikdə yerləşən bölmələrinin məhv edilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top