Xaçmazda bələdiyyə sədri və işçilərinə açılmış cinayət işi üzrə məhkəmə başlayıb

HADİSƏ 27 may 2021, 10:01
Xaçmaz rayonunda bələdiyyə sədri və onunla birlikdə işləyən daha bir neçə nəfərə cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qaraçaycek bələdiyyəsinin sədri Allahyarov Elşad Ağa oğlu və bələdiyyənin üzvləri – Abbasov Orxan Əbülfərz oğlu, Ağabalayev Kamil Həbib oğlu və Yaqubov Ağasəf  Əzim oğlu barəsində Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan edilib.

Onların barəsində olan cinayət işi yekunlaşıb və baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Anar Sadıqovun icraatına verilib.

Artıq sözügedən iş üzrə məhkəmə başlayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top