Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edib

XARİCİ SİYASƏT 26 may 2021, 23:14
Milli Məclisin Elm və təhsil komitəsinin sabah keçiriləcək iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında məsələ müzakirə ediləcək.

Demokrat.az-ın məlumatına görə, protokola əsasən, Azərbaycan Respublikasında olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisələri yaradılacaq.

Protokola əsasən, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.

Protokolun komitə iclasında müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunması nəzərdə tutulur.

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top