FHN əməkdaşları qəzaya düşdü — Yaralılar var

HADİSƏ 25 may 2021, 16:41
Bakıda yol-nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, hadisə bu gün günorta saatlarında paytaxın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, hadisə yerinə gedən FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən avtomobili qəzaya uğrayıb. Nəticədə nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, yaralanan şəxslərdən birinin müalicəsi davam etdirilir, digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top