Tahir Kərimli: “Çin hər zaman Azərbaycanın dövlət müstəqilliyini müdafiə edib”

GÜNDƏM 24 may 2021, 16:05
"Çin hər zaman Azərbaycanın dövlət müstəqilliyini müdafiə edib, Qafqazdakı önəmini vurğulayıb. Hesab edirəm ki, bu iki ölkə arasındakı münasibətlərin inkişafı Azərbaycan üçün çox faydalıdır".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Kərimli Çin Xalq Respublikasının Sədri Sin İlham Əliyevə Respublika günü ilə bağlı göndərdiyi təbrik məktubu barədə danışarkən deyib.

Deputat bildirib ki, Çin Xalq Respublikasının Sədrinin Azərbaycan Prezidentinə məktubu olduqca önəmlidir: "Bildiyimiz kimi, dünyanın super güclərindən biri olan Çin hər zaman intensiv inkişafdadır. Prezident İlham Əliyev də son çıxışında bildirdi ki, birmənalı şəkildə Çinin İpək Yolu xəttini tam müdafiə edir, Çini hər zaman vahid dövlət kimi qəbul edir. Eyni zamanda, Çin Xalq Respublikası da Azərbaycana dəyər verir. Baxmayaraq ki, vaxtilə Çin və Ermənistan arasında əlaqələr möhkəm olub, Ermənistan orada işlər aparıb, amma Çinin dövlət siyasəti Azərbaycanla faydalı əməkdaşlığa dəstək verir, tərəfdardır. Təsadüfi deyil ki, COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanla yaxın əməkdaşlıq edib, hədiyyə vaksinlər verib, tibb sahəsində olduqca ciddi yardımlar göstərib. Bununla yanaşı, Çin hər zaman Azərbaycanın dövlət müstəqilliyini də müdafiə edib, Qafqazdakı önəmini qeyd edib. Mən də Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi çalışıram ki, münasibətlərimiz hər zaman yaxşıya doğru irəliləsin".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top