Milli Məclisin şöbə müdirinin müavini vəzifəsinə təyinat oldu

GÜNDƏM 24 may 2021, 15:13
Milli Məclis Aparatında kadr təyinatı olub.

Demokrat.az xəbər verir ki, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərov təyin olunub.

Qeyd edək ki, əvvəllər bu vəzifəni Səyyad Kərimov tuturdu. O, Ali Məhkəmənin hakimi təyin edilməsi səbəbindən vəzifəsindən azad olunub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top