Xalq rəssamı Tahir Salahov I Fəxri xiyabanda dəfn olundu — YENİLƏNİB

İNCƏSƏNƏT 24 may 2021, 12:58
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub.

Demokrat.az
xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət nazir Anar Kərimov və ictimai-siyasi xadimlər iştirak ediblər.

X X X

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov I Fəxri xiyabanda dəfn edilir.

Demokrat.az
xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət nazir Anar Kərimov və ictimai-siyasi xadimlər iştirak edirlər.

***11:50

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.


Demokrat.az xəbər verir ki, mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunur.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər.

Daha sonra T.Salahovun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.(report.az)


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top