Ermənistanda Rusiya qoşunlarının Zəngəzurda yerləşdirilməsi təklif olundu

GÜNDƏM 23 may 2021, 19:38
Müxalif “Maariflənmiş Ermənistan” partiyasından olan millət vəkili Gevorq Qorqisyan Rusiya qoşunlarının Sünik (Zəngəzur) vilayətində yerşləşdirilməsini təklif edib.

Bu barədə TASS məlumat yayıb.

O, partiyanın qurultayında bəyan edib ki, Ermənistan Rusiya ilə hərbi əməkdaşlığını genişləndirməli, həmçinin Azərbaycan-Türkiyə təcavüzünə qarşı dayanmaq üçün Sünikdə Rusiya hərbi kontingenti yerləşdirilməlidir.

Partiyanın proqramını təqdim edən Qorqisyan bildirib ki, Ermənistan öz hərbi qüvvələrini bərpa etməli, ordunu yenidən qurmalı, yeni hərbi doktrina qəbul etməli, sərhədlərinin mühafizəsini isə peşəkarlara tapşırmalıdır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top