Peskov Putinin “dişlərini qırarıq” ifadəsindən danışdı

DÜNYA 23 may 2021, 20:41
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının “Ölkəmizi “dişləmək”, ya da “dişləyib nəsə qoparmaq” istəyənlərin dişlərini qırarıq” sözləri altında hansı ölkələrin nəzərdə tutulduğunu izah edib.  

“RİA Novosti”nin məlumatına görə, sözçü “Rossiya 1” telekanalının efirində bunları deyib:

“Prezident bizim dünyagörüşümüzün konstantasını tamamilə aydın şəkildə ifadə etdi. Biz hamı ilə dostluq etmək istəyirik, amma bu dostluq məhz dostluq olmalıdır. Mentorluq, diktə, yalanlar, ikili standartlar deyil, dostluq olmalıdır. Və biz dostluq etməyi bacarırıq”.

“Amma biz heç vaxt heç kəsə bizim nəyimizəsə iddia etməyə icazə verməyəcəyik. Və biz bunu heç kəsə imkan verməmək üçün kifayət qədər güclü və möhkəmik”, - deyə Peskov əlavə edib.

Xatırladaq ki, V.Putin mayın 20-də “Pobeda” təşkilat komitəsinin iclasında bəzi ölkələrin Sibirdəki təbii sərvətlərin təkcə Rusiyaya məxsus olmasından narahatlıqlarını ifadə etmələrinə münasibət bildirərkən ölkədən “dişləyib nəsə qoparmaq” istəyənlərin “dişlərini qıracaqlarına” söz verib./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top