Konqoda vulkan püskürməsi: Ölən və yaralananlar var — VİDEO

DÜNYA 23 may 2021, 17:42
Konqo Demokratik Respublikasının Ruanda ilə sərhədində yerləşən Niraqono vulkanı aktivləşib.

Actualite.cd portalının məlumatına görə, hadisə nəticəsində ən az beş nəfər ölüb. Yaralıların dəqiq sayı isə hələ ki, açıqlanmayıb.

“Reuters” xəbər verir ki, Konqonun Homa şəhərində elektrik təchizatı kəsilib.

7 min konqolu təbii fəlakətin nəticələrindən qorxaraq qonşu Ruanda ərazisinə keçib.

Yerli KİV hazırda vulkan püskürməsinin dayandığını bildirib.

Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top