Qubada yol qəzası onlarla abonenti qazsız qoydu

HADİSƏ 23 may 2021, 11:08
Qubada yük avtomobili təbii qaz xəttini qırıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Birinci Nügədi kəndində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili diametri 57 millimetr olan təbii qaz xəttinin üzərindəki keçidi qırıb. Nəticədə təqribən 80 abonent qazsız qalıb.

Hazırda Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları xəttin bərpası istiqamətində iş aparır. İdarədən verilən məlumata görə, hadisə aktlaşdırılıb, dəymiş ziyan hesablanacaq.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top